Arteta ilə müqavilə yeniləndi

7.05.2022 20:30 581
Dünya futbolu
Mikel Arteta “Arsenal”ı daha uzun müddət çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu baş məşqçi ilə müqaviləni yeniləyib.

40 yaşlı mütəxəssislə əməkdaşlığın müddəti 2025-ci il iyunun 30-na qədər artırılıb. Xatırladaq ki, Arteta komandaya 2019-cu ilin dekabrından başçılıq edir. “Arsenal” ispaniyalı mütəxəssisin rəhbərliyi altında bir dəfə İngiltərə kubokunu və ölkə superkubokunu qazanıb.