“Barselona” onu icarəyə verdi

10.09.2026 18:40 18
Dünya futbolu
Mark Kasado “Barselona”nı tərk edib.

22 yaşlı yarımmüdafiəçisi karyerasını icarə əsasında “Deportivo”da davam etdirəcək. Kataloniya klubunun rəsmi saytının məlumatına görə, ispaniyalı futbolçu “Deportivo”ya birillik müddətə icarəyə verilib. Müqavilədə 30 milyon avroya satınalma maddəsi də nəzərdə tutulub.

“Barselona”nın yetirməsi olan Mark ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi. “Transfermarkt”a görə, Kadadonun bazar dəyəri 18 milyon avrodu.