"Mançester Yunayted" "Sabah"ın gənclərini darmadağın etdi - böyüklərdən iraq...

10.09.2026 20:16 90
Avrokuboklar
“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının liqa mərhələsində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz səfərdə “Mançester Yunayted”in gənclər komandası ilə qarşılaşıb və 0:5 hesabı ilə məğlub olub.

İngiltərə klubunun qollarını Əmir İbrahimov (2), Yakob Uotson (16) və Qabriel (45, 85, 87) vurublar.

“Sabah” tarixində ilk dəfə UEFA Gənclər Liqasının liqa mərhələsində iştirak edir.