“Sabah”ın oyunlarının təqvimi: MY ilə başlayacaq, "Arsenal"la bitirəcək - ÇL

29.08.2026 15:15 49
Avrokuboklar
2026/27 mövsümü Çempionlar Liqasının liqa mərhələsinin təqvimi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, liqa mərhələsinin matçlarına sentyabrın 8-də start veriləcək, 2027-ci ilin yanvarın 27-də isə yekun vurulacaq.

“Sabah” ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”lə liqa mərhələsində son matçını isə yanvarın 27-də səfərdə “Arsenal”a qarşı keçirəcək.

1-ci tur, 10 sentyabr, 23.00.
Mançester Yunayted - Sabah

2-ci tur, 13 oktyabr, 20.45.
Sabah - Slaviya

3-cü tur, 20 oktyabr, 20.45.
Sabah - Borussiya D

4-cü tur, 4 noyabr, 23.00.
Vikinq - Sabah

5-ci tur, 25 noyabr, 20.45.
Sabah - Barselona

6-cı tur, 8 dekabr, 20.45.
Vilyarreal - Sabah

7-ci tur, 20 yanvar, 20.45.
Sabah - Napoli

8-ci tur, 27 yanvar, 23.00.
Arsenal - Sabah

Xatırladaq ki, liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanır. Yarışı 25-36-cı yerdə tamamlayan komandalar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.