“Kəpəz”in ev oyunlarına bilet satışı ilə bağlı müntəzəm məlumat veririk. Premyer-liqanın 5-ci turunda “Qəbələ”ni qəbul edəcək Gəncə təmsilçisi artıq üç gündü biletləri satışa çıxarıb. Klubun rəsmi açıqlamasına görə, indiyədək cəmi 3500 bilet satılıb.
Daha əvvəl “Kəpəz”in çempionluğa iddialı “Turan Tovuz”la görüşünü 13500, “Şamaxı” ilə oyununu isə 15000 azarkeş izləyib. Ötən matçda darmadağın olan “sarı-göylər”in budəfəki rəqibi ilk 4 turdan sonra cəmi 4 xal toplayan “qırmızı-qaralar” olacaq.
Təbii ki, “Qəbələ” ilə qarşılaşma əvvəlkilər qədər cəlbedici görünmür. Ona görə də bu matç “Kəpəz” azarkeşlərinin komandaya real marağını, sevgisini ölçmək baxımından müəyyən mənada sınaq xarakteri daşıyacaq. Əvvəlki oyunlarda rəqib amili azarkeş marağını artırırdısa, bu dəfə həmin amilin təsiri az olacaq. Görəsən, gəncəlilər “Kəpəz”i rəqibdən və nəticədən asılı olmayaraq dəstəkləyəcəkmi?
İSRAYIL XEYRULLAYEV
Gəncə “Kəpəz”ə sadiq qalacaqmı? - 11500 satılmamış bilet var!
Ölkə futbolu






