Sentyabrın 12-də Misli premyer-liqasının 5-ci turunda “Kəpəz” və “Qəbələ” arasında keçiriləcək oyuna bilet satışı davam edir.
"Football-plus.az" xəbər verir ki, qarşıdakı görüşə indiyə qədər 3500 bilet satılıb. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbol həvəskarları biletləri həm "iticket.az" saytı vasitəsilə, həm də matçın baş tutacağı Gəncə şəhər stadionunun kassalarında əldə edə bilərlər. Biletlərin qiyməti 2-20 manat arasında dəyişir.
Oyun günü stadionun qapıları saat 16.00-da açılacaq.
"Kəpəz" - "Qəbələ" matçına nə qədər bilet satılıb?
Ölkə futbolu






