İngiltərə kubokunun qalibi bilindi

14.05.2022 23:08 433
Dünya futbolu
Bu gün Londondakı “Uembli” stadionunda İngiltərə kubokunun finalı keçirilib.

"Football-plus.az" xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" qarşılaşıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Liverpul" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.