Millimiz Latviyani böyük hesabla məğlub etdi

25.05.2022 20:40 601
Yığma
Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb. Ümid Səlimovun dubl etdiyi oyunda komandamızın digər qolunu Şahin İbrahimov vurub.

Bu komandalar arasında növbəti oyun mayın 27-də keçiriləcək.