Azərbaycan premyer-liqası bu tarixdə başlayacaq

8.06.2022 17:48 1 017
Premyer-liqa
Azərbaycan premyer-liqasında 2022/23-cü illər mövsümünün startı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən çempionat 5 avqust tarixində başlanacaq.

Qeyd edək ki, gələn mövsüm Azərbaycan premyer-liqasında 10 klub çıxış edəcək.