De Byazi sabah bu vaxtda jurnalistlərin suallarını cavablayacaq

22.03.2023 13:06 268
Yığma
Martın 24-də AÇ-2024-ün seçmə mərhələsində Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan matçından öncə baş tutacaq baş məşqçilərin mətbuat konfranslarının və komandaların açıq məşqlərinin vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.


23 mart

Avstriya millisi

14.45. Mətbuat konfransı
15.30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan millisi

17.30. Mətbuat konfransı
18.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.