“Turan Tovuz” Gəncədə yaşayan tovuzlulara niyə ağız açdı?

17.08.2023 15:57 315
Aktual / Ölkə futbolu
Sabah Misli premyer-liqasında 5-ci tur start götürür. Əzəmətli “Sabah” – “Neftçi” dueli öz yerində, amma turun derbisi Gəncədə olacaq. Ölkənin 2-ci böyük şəhərində "Kəpəz" Turan Tovuz"u qəbul edəcək. Ötən tur səfərdə "Qarabağ" önündə darmadağın olan "boz qurd"un Gəncə səfəriylə bağlı hansı planlar qurulub? Gəncəyə nə qədər tovuzlu azarkeş gedəcək.

"Football-plus.az" saytı olaraq, bu sualları aydınlaşdırmaq üçün klubla azarkeşlər arasınsa əlaqələndirici Kamal Saqqayevin fikirlərini öyrəndik:

"Kəpəz"lə səfər oyununa komandamızla yanaşı, azarkeşlərimiz də ciddi hazırlaşır. Klub rəhbərliyi və sponsorumuz "Hünər qrup" fanatlarımızın Gəncəyə səfəri üçün avtobuslar ayırıb. Təxminən 300-350 azarkeşimiz Gəncəyə yola düşəcək. Bundan başqa, Gəncədə yaşayan və təhsil alan tovuzlulara da müraciət etmişik. Onların da bizə dəstək vermək üçün stadiona gələcəyi gözlənilir. Ümumi 400-450 azarkeşimiz Gəncədə toplaşacaq".


ABDULLA İSMAYILOĞLU