Yeni mövsüm hazırlıqlarını davam etdirən 2-ci liqa təmsilçisi "Füzuli"nin yeni baş məşqçisi müəyyənləşib.
Türkiyəli mütəxəssis İbrahim Uzunca bundan sonra əyalət klubunun uğurları üçün çalışacaq.
62 yaşlı, UEFA PRO kateqoriyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İbrahim Uzuncanı Azərbaycanın futbol azarkeşləri yaxşı tanıyır. 2011-ci ildən Uzunca fasilələrlə, "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ" (Quba) və "Xan Lənkəran" klublarının baş məşqçisi olub. Türkiyədə isə o, "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir" və "Osmaniyespor" klublarını çalışıbdırıb.
İbrahim Uzunca "Füzuli"də
Ölkə futbolu




