"Qəbələ" qapıçısıyla yollarını ayırdı

17.08.2024 11:36 320
Ölkə futbolu / I liqa
“Qəbələ” qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı kamerunlu qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2021-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Atanqana bölgə təmsilçisində 36 matç keçirib.

O, premyer-liqada 24, ölkə kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.