"Sabah" - "Neftçi" matçının biletləri satışda

18.10.2024 22:50 324
Ölkə futbolu
"Sabah"ın Misli premyer-liqasının ikinci dövrəsində ilk ev oyunu “Neftçi”yə qarşı olacaq.

“Football-plus.az” xəbər verir ki, 9-cu tur çərçivəsində baş tutacaq görüş oktyabrın 27-də, saat 17.00-da “Bank Respublika Arena”da baş tutacaq.

Oyunun biletləri artıq satışdadı. Biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından , həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.