"Qarabağ"ın oyununun biletləri satışda

26.10.2024 15:36 268
Ölkə futbolu
Misli premyer-liqasının 11-ci turu çərçisində keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun biletləri bu gün saat 13.00-dan etibarən satışdadı.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti 3, 7 və 15 manat aralığında dəyişir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" qarşılaşması sabah saat 19.00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.