Fernando Santuş yığmaya iki yeni futbolçu cəlb etdi

8.11.2024 13:09 400
Ölkə futbolu / Manşet
Bu gün yığmamızın baş məşqçisi Fernandu Santuşun AFFA-nın inzibati binasında mətbuat konfransı keçirilib.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlara 24 futbolçu dəvət edib. Premyer-liqadan 18 oyunçunu heyətə daxil edən baş məşqçi həmçinin 6 legioneri də sərəncamında görəcək:

qapıçılar - Nicat Mehbalıyev, Rza Cəfərov, Aydın Bayramov; müdafiəçilər - Abbas Hüseynov, Amin Seydiyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsyok, Elvin Cəfərquliyev; yarımmüdafiəçilər – Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, Səbuhi Abdullazadə, Emin Mahmudov, Toral Bayramov, Ozancan Kökcü; hücumçular - Rüstəm Əhmədzadə, Ramil Şeydayev, Mahir Emreli, Nəriman Axundzadə.

Səbuhi Abdullazadə ilə Mustafa Əhmədzadə ilk dəfə yığmaya dəvət olunub.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının 5-ci turunda noyabrın 16-sı Qəbələdə Estoniyanı qəbul edəcək, ayın 19-u isə səfərdə İsveç yığması ilə qarşılaşacaq.

RÖYANƏ OĞUZ