"Qarabağ"ın qapıçısı Polşa millisində

27.05.2025 19:05 18
Ölkə futbolu
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Polşa yığması iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da səfərdə dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə üz-üzə gələcək.