AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

29.01.2026 11:28 30
Ölkə futbolu
AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, federasiya rəhbərinin adından təbrik paylaşılıb.
“Azərbaycan futbol tarixində növbəti mühüm uğura imza ataraq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”.