Bəzi futbolçularla yollarını ayırmağı planlaşdıran ''Fənərbaxça''da bir oyunçunun taleyi bəlli olub.
"Football-plus.az" xəbər verir ki, söhbət Cengiz Ündərdən gedir.
Təcrübəli futbolçunun baş məşqçi İsmayıl Kartalın yeni mövsüm üçün planlarına daxil olmadığı məlum olub. Artıq Cengizin menecerinə bu barədə məlumat verilib. Sərfəli təklif gələcəyi təqdirdə İstanbul nəhəngi bu futbolçu ilə vidalaşmağa hazırdı. Belə olacağı halda ''Fənər'' həm də Cengizin maaş yükündən də qurtulmuş olacaq.
2023-ün avqustunda böyük ümidlərlə 15 milyon avroya transfer edilən Ündərin ''Fənərbaxça'' karyerası uğurlu alınmadı. O, 2024/25-in ikinci dövrəsində ''Los Anceles''ə, ötən mövsüm isə ''Beşiktaş''a icarəyə verildi. Ümumilikdə 29 yaşlı vinger ''sarı-lacivərdlilər''in heyətində yalnız 43 rəsmi oyunda forma geyib. Bunların cəmi 20-də start heyətində oynayan Cengiz aktivinə 9 qol, 2 məhsuldar ötürmə yaza bilib.
3 ilə yaxındı yığmaya dəvət almayan və transfer dəyəri 4 milyon avroya qədər geriləyən Cengiz Ündərin ''Fənərbaxça'' ilə birillik müqaviləsi qalıb.
''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
Dünya futbolu






