“Sabah” üçün məşəqqətli “Old Trafford” səfəri: 74 minlik stadion, 7 faizlik ümid

4.09.2026 11:20 53
Avrokuboklar / Manşet
Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” artıq iştirak ərizəsini UEFA-ya təqdim edib. Siyahıda 26 futbolçunun adı yer alıb.

Məlum olduğu kimi, “Sabah” sentyabrın 10-da keçirəcəyi ilk oyunda İngiltərə və Avropa futbolunu nəhənglərindən “Mançester Yunayted”lə qarşılaşacaq. Oyun məşhur “Old Trafford” stadionunda keçiriləcək. İngiltərə mətbuatınnda və sosial şəbəkələrdə qarşıdakı oyunla bağlı araqlı məlumatlar var.

Artıq oyunun biletləri satışa çıxarılıb. 74158 yerlik “Old Trafford”da hazırda təxminən 15 min yerin qaldığı bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ucuz biletlərin böyük hissəsi artıq “qara bazar”ın iştirakçıları tərəfindən alınıb.
Biz də “X” sosial şəbəkəsində “Man Utd – Sabah” açar sözləri ilə axtarış apardıq. Nəticə yetərincə maraqlı oldu. Oyunla bağlı bilet satışı həyata keçirməyə çalışan çoxlu şəxsə rast gəldik. Bu vəziyyət isə “Mançester Yunayted” azarkeşləri arasında ciddi narazılığa səbəb olub.

İngiltərə mətbuatında diqqəti çəkən digər məqam isə “Sabah”ın liqa mərhələsində keçirəcəyi oyunlarla bağlı proqnozlardı.

“Bayquşlar”ın rəqiblərlə oyunlardakı qələbə və heç-heçə ehtimalları, eləcə də gözlənilən xal göstəricisi belə təqdim olunub.

“Mançester Yunayted”: qələbə – 7, heç-heçə – 14 faiz.
“Slaviya”: qələbə – 40, heç-heçə – 26 faiz.
“Borussiya”: qələbə – 25, heç-heçə – 24 faiz.
“Vikinq”: qələbə – 20, heç-heçə – 22 faiz.
“Barselona”: qələbə – 13, heç-heçə – 19 faiz.
“Vilyarreal”: qələbə – 17, heç-heçə – 11 faiz.
“Napoli”: qələbə – 26, heç-heçə – 24 faiz.
“Arsenal”: qələbə – 9, heç-heçə – 4 faiz.

Göründüyü kimi, “Sabah”ın uda biləcəyi əsas rəqib “Slaviya”dı. “Mançester Yunayted” və “Arsenal”la oyunlar isə “bayquşlar” üçün ən çətin qarşılaşmalar kimi qiymətləndirilir.

İSRAYIL XEYRULLAYEV