Milli komandadan getdi

8.09.2026 16:08 63
Dünya futbolu
Pyer-Emerik Obameyanq Qabon yığmasındakı karyerasını başa vurub. “Deportivo”nun hücumçusu bunu qalmaqallı şəkildə açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı futbolçu bu qərarını Afrika Millətlər Kubokundan (AMK) sonra hökumət tərəfindən tənqid olunması ilə əlaqələndirib. O, zədələnməsinə baxmayaraq, turnirdə çıxış etdiyini, buna baxmayaraq, təhqir və ittihamlarla üzləşdiyini bildirib: “Onlar məni alçaltdılar və qaraladılar. Baxmayaraq ki, Afrika Millətlər Kubokunda zədəli halda oynadım. Bu, son damla oldu və mən burda dayanmağı üstün tuturam”.

Xatırladaq ki, Qabon yığması 2025-ci ildə keçirilən AMK-da mübarizəni qrup mərhələsində dayandırmış, ölkə hökuməti Obameyanqı uğursuzluğa görə məsul şəxslərdən biri kimi göstərmişdi.