“Sabah”ın Çempionlar Liqasında “Mançester Yunayted”in qonağı olacacağı oyuna cəmi bir gün qaldı. Bu ərəfədə İngiltərə təmsilçisinin “bayquşlar”a qarşı oynayacaq heyəti ilə bağlı bilgilər yayılıb.
“Football-plus.az” “ManUtdNews”ə istinadla xəbər verir ki, sentyabrın 6-da “Everton”la oyunun 70-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Markus Reşfordun durumuna aydınlıq gəlib. Qısa müddətdə məşqlərə qayıdan hücumçu “Sabah”la matçda meydanda olacaq. Maraq üçün qeyd edək ki, İngiltərə millisinin də formasını geyən futbolçunun “Transfermarkt”dakı dəyəri 40 milyon avrodu.
Uzun müddətdi zədəli olan Lük Şoudan da xəbər var. Sol cinah müdafiəçisinin “bayquşlar”a qarşı oynaya bilməyəcəyi dəqiqləşib. Komandanın son məşqində iştirak edən futbolçu heç də yaxşı təris bağışlamayıb. İngiltərəli həmkarlarımız baş məşqçi Maykl Karrikin həmin mövqedə ya Harri Amassı, ya da Patrik Dorqunu oynatmalı olduğunu bildirir.
Xatırladaq ki, daha əvvəl Karlos Baleba, Amad Diallo, Matteys de Liqht və Manuel Uqartenin “Sabah”la matçı buraxacağı dəqiqləşmişdi.
KƏNAN BAHADIR
40 milyon avroluq hücumçunun zədəsi sağaldı – möhkəm dayan, Pokatilov!
Aktual / Çempionlar Liqası






