Çempionlar Liqasının “Borussiya” - “Vilyarreal” matçında arzuolunmaz hadisə baş verib.
Dortmund klubunun oyunçusu Konstantinos Karetsas 25-ci dəqiqədə özünü pis hiss edib. 18 yaşlı futbolçu topu komanda yoldaşına ötürdükdən sonra hakimə işarə edərək yerdə oturub. Ona meydanda tibbi yardım göstərilib, sonra futbolçu xərəkdə stadiondan çıxarılıb.
“Borussiya”nın məlumatında Karetsasın qan dövranı ilə bağlı problem yaşadığı bildirilib. Futbolçunun vəziyyətinin hazırda qənaətbəxş olduğu və əlavə müayinələr üçün xəstəxanaya aparıldığı qeyd edilib.
Konstantinos Dortmund klubuna bu yay “Genk”dən 30 milyon avroya transfer olunub.
Şok: stadiondan xəstəxanaya aparıldı
Dünya futbolu






