Messidən daha bir unikal göstərici

10.09.2026 11:23 90
Dünya futbolu
Lionel Messi parlaq karyerasında daha bir unikal göstəriciyə imza atıb.

O, bu il “Qızıl top”a namizəd göstərilməklə futbol tarixində rekorda imza atıb. “CentreGoals” portalının “X” sosial şəbəkəsində yaydığı məlumata görə, Messi ilk və son namizədliyi arasında 20 il fərq olan ilk futbolçu kimi tarixə düşüb. Lionel ilk dəfə 2006-cı ildə dünyanın ən yaxşı futbolçuları sırasına daxil edilib. Ümumilikdə isə 20 il ərzində 17 dəfə “Qızıl top”a namizəd göstərilib.

“İnter Mayami”nin 39 yaşlı argentinalı futbolçu indiyədək 8 dəfə (2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023) “Qızıl top”a layiq bilinib. O, ABŞ-yə gəlməzdən əvvəl “Barselona” və PSJ-də çıxış edib.