Levandovski "Bavariya"dan ayrılır?

4.04.2022 12:00 575
Dünya futbolu
Robert Levandovski karyerasını İspaniyada davam etdirməyə yaxındı.

Bu barədə yerli mətbuat xəbər yayıb. Futbolçu "Barselona"ya keçmək istəyir. Levandovskinin "Bavariya" rəhbərliyi ilə münasibətləri Münhen klubunun müqaviləni ona cəmi bir il uzatmağı təklif etməsi səbəbindən pisləşib.

Qeyd edək ki, futbolçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.