"Barselona" Levandovski üçün 35 milyon avro ödəməyə hazırdı

28.04.2022 12:13 659
Dünya futbolu
"Barselona"nın direktoru Mateu Alemani "Bavariya"nın futbolçusu Robert Levandovskinin meneceri ilə görüşüb.

"Football-plus.az" xəbər verir ki, onlar Kataloniya klubunun polşalı hücumçuya təklif etdiyi müqavilə şərtlərini müzakirə ediblər.

"Barselona" Levandovski ilə 2 illik müqavilə imzalamaq istəyir. Həmçinin sözləşmənin detallarında bu sazişi qarşılıqlı razılaşma əsasında 1 il uzada biləcəkləri qeyd olunur. İspaniya təmsilçisi 33 yaşlı oyunçunun müqaviləsinin müddətinin başa çatmasında 1 il qalmış komandadan ayrılma bilməsi üçün "Bavariya"ya 35 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Levandovski 2014-cü ildən Münhen təmsilçisində oynayır. O, bu mövsüm bütün turnirlərdə 43 matçda 48 qol vurub və 6 məhsuldar ötürmə verib. Levandovskinin klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.