Millimiz Türkiyəyə uduzdu

27.08.2022 22:08 485
Yığma
Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

"Footbal-plus.az" xəbər verir ki, millimiz “Dalğa Arena”da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında növbəti oyun avqustun 30-da keçiriləcək.