London klubunun tarixinə düşdü

11.12.2024 23:51 278
Dünya futbolu
Mikel Arteta “Arsenal”ın baş məşqçisi kimi klub rekordunu yeniləyib.

Onun komandası İngiltərə premyer-liqanın 14-cü turunda “Mançester Yunayted”i 2:0 hesabıyla məğlub edib. Londonlular bunadək MY ilə əvvəlki 3 matçda da qalib gəlmişdilər. Nəticədə Arteta “Arsenal”la “Yunayted” üzərində ardıcıl 4 premyer-liqa matçında qələbə qazanan ilk məşqçi olub.

“Arsenal” hazırda İngiltərə çempionatında 28 xalla 3-cü yerdədi.