"Sabah" İngiltərəyə yollandı

8.09.2026 17:44 81
Çempionlar Liqası
Məlum olduğu kimi, “Sabah” Çempionlar Liqasının liqa mərhələsində mübarizəyə İngiltərənin “Mançester Yunayted” komandası ilə səfər oyununda start verəcək.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar" bu gün yola düşüb.

Qeyd edək ki, Masazır Təmsilçisi "qırmızı şeytanlar"la sentyabrın 10-da, saat 23:00-da “Old Trafford” stadionunda qarşılaşacaq.