"Hazırda məqsəd nəticə barədə düşünməməkdi" - Valdas Dambrauskas

10.09.2026 10:25 90
Avrokuboklar
"Sabah" Çempionlar Liqasının liqa mərhələsində "Mançester Yunayted"in qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında iştirak edib.

"Hazırda məqsəd nəticə barədə düşünməməkdi. Biz yaxşı oyun göstərmək və dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşaraq əslində nə qədər güclü olduğumuzu görmək istəyirik. Monakoda püşkatmadan dərhal sonra demişdim ki, püşk çətin, hətta çox çətin ola bilər, əsl “Sabah püşkü” də düşə bilər. “Mançester Yunayted”, “Barselona”, “Arsenal”, Dortmund “Borussiya”sı, “Napoli” kimi komandalarla qarşılaşacağıq.

Düşünürəm ki, hazırda nəticə barədə düşünməyin vaxtı deyil. Bu turnir və bu oyunlar bizim və klubumuz haqqında bir çox həqiqəti üzə çıxaracaq. Onlar hansı istiqamətdə irəliləmək istədiyimizi, nəyə nail olmağı hədəflədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və onlardan necə dərs çıxaracağımızı göstərəcək.

Əsas olan oyundan zövq almaq, bu xüsusi anı hiss etmək və onu yaşamaqdı. Əlbəttə, bacardığımızın ən yaxşısını və oynaya biləcəyimiz futbolu göstərmək istəyirik. Rəqabət apara biləcəyikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə biləcəyikmi? Məhz bunu görmək istəyirik. Nəticə barədə düşünməyə başlasaq, sadaladığım bütün bu məsələlərə olan konsentrasiyamızı itirəcəyik”.